Ərdoğan Makronla danışdı

Ərdoğan Makronla danışdı backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Bu barədə Türkiyə KİV-ləri xəbər verir.

Məlumata əsasən, tərəflər telefon danışığı zamanı regional məsələləri, o cümlədən Ukraynadakı hadisələri müzakirə ediblər.

R.T.Ərdoğan bildirib ki, Türkiyə Ukraynadakı böhranın diplomatik yolla həlli üçün əlindən gələni edir.

Türkiyə lideri Moskva ilə Kiyev arasında danışıqlar prosesinə dəstək verilməsinin vacibliyini vurğulayıb.

Liderlər ikitərəfli Türkiyə-Fransa əlaqələrinin inkişafı istiqamətində atılan addımlar barədə də fikir mübadiləsi aparıblar.

Diaspora