“Köçkünlərin əksəriyyəti dədə-baba torpaqlarına qayıtmaq istəyir” – Prezident sorğunun nəticələrindən danışdı

“Köçkünlərin əksəriyyəti dədə-baba torpaqlarına qayıtmaq istəyir” –  Prezident sorğunun nəticələrindən danışdı backend

“İstədiyimiz isə odur ki, keçmiş məcburi köçkünlər tezliklə öz dədə-baba torpaqlarına qayıtsınlar, orada rahat yaşasınlar və maksimum çox adam oraya qayıtsın, orada yaşasın. Biz elə şərait yaratmalıyıq ki, onlar da həvəsli olsunlar”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan rayonuna təyin olunmuş  xüsusi nümayəndə Vahid Hacıyevi videoformatda qəbulu zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra keçmiş məcburi köçkünlər arasında sorğu keçirlib: “Biz bilək, nə qədər insan qayıtmaq istəyir, çünki görüləcək işlər, tikilən binalar buna uyğun olmalıdır. Şadam ki, keçmiş məcburi köçkünlərin mütləq əksəriyyəti qayıtmaq üçün öz fikirlərini bildirmişlər. Amma, əlbəttə ki, onlar təxminən 30 il Bakıda, Sumqayıtda, başqa yerlərdə yaşayıblar, bu yaşayışa öyrəşiblər, onların işləri var, onların uşaqlarının məktəbləri var, nəvələrinin məktəbləri var. Biz bunun hamısını başa düşürük və bir yerdən başqa yerə köçmək o qədər də asan məsələ deyil. Amma, əminəm ki, Vətən sevdası onları oraya aparacaq. Biz elə etməliyik ki, onlar oraya gedən zaman orada özlərini rahat hiss eləsinlər”-deyə İ.Əliyev vurğulayıb.

Diaspora