Ərazilərin minalardan təmizlənməsində Azərbaycana növbəti yardım paketi hazırlanır.
Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko 9 may Avropa Gününə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırkı paketin həcmi 2,5 milyon avro təşkil edir.
"Aİ BMT-nin İnkişaf Proqramı vasitəsilə Azərbaycan Minatəmizləmə Agentliyinə yardım və texniki dəstək göstərir. Biz minaların təmizlənməsi kimi vacib məsələdə dəstəyimizi davam etdirəcəyik", - səfir deyib.