Zelenski Rusiyaya qarşı tələblərini açıqladı

Zelenski Rusiyaya qarşı tələblərini açıqladı backend

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya fevralın 24-dək olan sərhədlərə qayıtmalı və işğal altındakı Krımı qaytarmalıdır.

O, bu barədə “The Wall Street Journal”ın təşkil etdiyi icraçı direktorların görüşündə videoformatda çıxış edərkən bildirib.

Dövlət başçısı Rusiya Federasiyası ilə sülh danışıqlarının uğurlu olacağına da şübhə etdiyini bildirib.

"Bizim danışıqlar qruplarımız öz iştirakçıları səviyyəsində qarşılıqlı fəaliyyət göstərir. Onlar liderlərin görüşünə hazırlığı müzakirə edirlər. Mən, belə danışıqlara o qədər də inanmıram", - o deyib.

Bundan əlavə, Zelenski həm Rusiya, həm də Avropa ölkələrinin hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynanın bərpasında iştirak etməli olduğuna inandığını bildirib.

Report.az

Diaspora