Türkiyə və Ermənistan xüsusi nümayəndələri görüşüb, razılığa gəldilər - Yenilənib

Türkiyə və Ermənistan xüsusi nümayəndələri görüşüb, razılığa gəldilər -  Yenilənib backend

"Türkiyə və Ermənistan nümayəndələri normallaşma prosesi üçün müəyyən olunmuş hədəfləri bir daha təsdiq edib".

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, bu gün (3 may) Türkiyə təmsilçisi Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında Vyanada keçirilən görüş çərçivəsində tərəflər səmimi şəkildə ətraflı fikir mübadiləsi aparıb.

Həmçinin normallaşma prosesinin sürətləndirilməsi üçün danışıqların intensivləşdirilməsi barədə birgə razılığa gəlinib.

*****

17:04

Vyanada Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin görüşü baş tutub.

"Report" xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Qeyd edək ki, bu, xüsusi nümayəndələr arasında üçüncü görüşdür.

Diaspora