ABŞ və Ermənistan arasında nüvə əməkdaşlığı sazişi imzalanıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edən ABŞ Dövlət katibi Entoni Blinken enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı artırmaq və iki xalq arasında iqtisadi və diplomatik əlaqələri daha da gücləndirmək istədiyini bildirib.
Görüşdən sonra tərəflər mülki nüvə əməkdaşlıq sazişi imzalayıb. Müqavilə Ermənistanın enerji təchizatını diversifikasiya etmək məqsədi daşıyır.