Roma papası I Fransisk Ukraynadakı vəziyyəti müzakirə etmək məqsədilə Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu bildirib.
Trend-in məlumatına görə, bunu Roma papası İtaliya KİV-lərinə müsahibədə deyib.
O bildirib ki, müharibənin ilk günündə Ukrayna prezidenti Volodimir Zelenskiyə zəng edib.
"İyirminci gündə isə mən Vatikan dövlət katibindən xahiş etdim ki, Vladimir Putinə görüşmək üçün Moskvaya getməyə hazır olduğunu çatdırsın. Mən hər iki tərəfi dayanmağa çağırıram", - deyə I Fransisk bildirib.