Putinin varisi məlum oldu - İDDİA

Putinin varisi məlum oldu -  İDDİA backend

Ukraynada müharibə bütün gücü ilə davam edərkən Rusiya prezidenti ilə bağlı diqqəti cəlb edən iddia irəli sürülüb.

Britaniya mediası Rusiya lideri Vladimir Putinin xərçəng xəstəliyinin müalicəsi çərçivəsində əməliyyat olunacağını açıqlayıb. Sözügedən xəbərin Kremldəki mənbəyə əsaslandığı bildirilib.

Mənbənin adı təhlükəsizlik baxımından gizli saxlanılsa da, Putinin bu prosesdə kreslosunu həvalə edəcəyi isim də məlum olub.

İddialara görə, Putin bıçaq altında olarkən kreslosunu 2008-ci ildən Rusiya Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsində çalışan Nikolay Patruşevə həvalə etməyi düşünür.

Qeyd edək ki, Federal Təhlükəsizlik Xidmətinə (FSB) rəhbərlik edən Patruşev ölkə bürokratiyasında çox güclü bir fiqur kimi tanınır.

Mənbə: Haber Global / Oxu.az

loading...
Diaspora