Azərbaycan qazı Bolqarıstana sabitlik gətirib.
Bu barədə Trend-ə Cenevrə Universitetinin İdarəetmə Mərkəzinin direktoru Ventseslav Sabev bildirib.
"Mən bir bolqar əsilli olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan qazı Rusiyadan qaz tədarükü ilə bağlı böhran kontekstində Bolqarıstana sülh və sabitlik gətirib", - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycanın enerji resurslarının Avropa bazarında olması böyük əhəmiyyət kəsb edir.
O, Azərbaycan da daxil olmaqla, alternativ tədarüklərin təşkil ediləcəyinə ümid etdiyini bildirib.
V.Sabev əlavə edib ki, Qarabağ regionu gələcəkdə “yaşıl enerji” və İKT sahəsində əməkdaşlıq üçün çox perspektivli sahəyə çevrilə bilər:
"Bolqarıstan şirkətləri Qarabağda bu sahələrin inkişaf etdirilməsində çox maraqlı ola bilər".