Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafı vacibdir - Jan-Mişel Brön

Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafı vacibdir - Jan-Mişel Brön backend

Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafı vacibdir.

Trend-in məlumatına görə, bunu Trend BİA-nın Fransada təsis etdiyi "La Gazette" qəzetinin baş icraçı direktoru, aprelin 28-də Şuşada keçirilən "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq" beynəlxalq konfransının iştirakçısı Jan-Mişel Brön deyib.

O, nümayəndə heyətinin bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə üç saatlıq görüşündən çox təsirləndiyini qeyd edib.

“Prezident İlham Əliyev Azərbaycanın qonşularla, digər ölkələrlə, Aİ və Çinlə əlaqələrindən danışdı. Eyni zamanda, Aİ-nin əsas ölkələrindən biri kimi Azərbaycanın Fransa ilə əlaqələrinin inkişafı çox vacibdir. Fransa ATƏT-in Minsk qrupunun həmsədridir, lakin göründüyü kimi, Minsk Qrupunun artıq aktuallığı yoxdur”, - Jan-Mişel Brön bildirib.

Diaspora