Prezident Ukrayna ilə bağlı danışıb: “Ən vacibi heç vaxt işğalla barışmamaqdır”

Prezident Ukrayna ilə bağlı danışıb:  “Ən vacibi heç vaxt işğalla barışmamaqdır” backend

Təcrübəmizə əsaslanaraq deyirəm ki, ən vacibi heç vaxt işğalla barışmamaqdır.

APA xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında Ukrayna ilə bağlı suala cavabında deyib.

“Bilirsiniz, danışıqlar zamanı qərbli həmkarlarımla müxtəlif anlar olurdu, müxtəlif mesajlar alırdım. Onlardan biri də o idi ki, reallığı nəzərə almalısan, Azərbaycan Birinci Qarabağ müharibəsində uduzub və hərəkətləri reallığa əsaslanmalıdır. Bizə məsləhət vermək cəhdləri olub ki, ərazi bütövlüyümüzlə bağlı məsələlərə baxmalıyıq. Və mən həmişə “yox” deyirdim. Mən deyirdim ki, heç vaxt Azərbaycan, mən və Azərbaycan xalqı bizim ərazimizdə növbəti saxta erməni dövlətinin yaradılmasına razı olmayacaq, heç vaxt! Lazım olsa, ölənə qədər mübarizə aparacağıq. Şərhlərim bəzən çox düşmənçilik və aqressivlik kimi şərh edilib, məni ritorikaya görə tənqid ediblər. Ermənistan liderləri isə həmişə konstruktiv olduqlarına görə tərifləniblər. Bəli, onlar konstruktiv idilər. Onlar işğalı möhürləmək istəyirdilər, Dağlıq Qarabağdakı separatçılara müstəqillik verməyə razılaşmağımızı, ərazimizin böyük bir hissəsini, xüsusən də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasındakı ərazini öz nəzarətlərində saxlamaq istəyirdilər. Və mənim mövqeyim belə idi ki, biz heç vaxt razılaşmayacağıq”, - dövlət başçısı qeyd edib.

Diaspora