“The Guardian” Ukraynada müharibənin nə zaman yekunlaşacağından yazdı

“The Guardian” Ukraynada müharibənin nə zaman yekunlaşacağından yazdı backend

“Ukraynadakı müharibənin dönüş nöqtəsi gələn ay (may ayı – red.), Qərb silahlarının sonuncu partiyasının ölkəyə gəlməsi ilə, o cümlədən ABŞ haubitsaları ilə Almaniya və Böyük Britaniyanın zenit qurğuları alındıqdan sonra baş verəcək” .

Bu barədə Böyük Britaniyanın “The Guardian” nəşri yazıb.

Yazıda qeyd olunur ki, indiki məqamda Ukrayna Silahlı Qüvvələrinin əks-hücuma keçməsi və işğal olunmuş əraziləri geri qaytarmağı, demək olar ki, mümkün deyil.

Siyasi icmalçılar hazırda Ukraynada müharibənin dalana dirəndiyini də qeyd ediblər.

Məqalədə oxucuların diqqətinə çatdırılır ki, Rusiyanın Donbasdakı hücumu uğurlu alınmır və böyük irəliləyiş əlamətləri yoxdur.  

“Rusiya qoşunlarının şərqdəki uğursuzluqları regiondakı əlverişsiz hava şəraiti, Ukrayna Silahlı Qüvvələrinin güclü müqaviməti, eləcə də Rusiyanın komandanlıq və idarəetmə problemləri ilə əlaqəlidir”, - siyasi icmalçılar qeyd edirlər.

Ekspertlər həmçinin hesab edirlər ki, Putinin nüvə təhdidləri qorxu yaratmaq məqsədi daşıyır, lakin Rusiya prezidentinin özünü təhlükədə hiss edəcəyi təqdirdə bir sıra qarşısıalınmaz risklərə getməsi mümkündür.

Diaspora