"Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BMT baş katibi Antoniu Quterreşlə Moskvada keçirdiyi görüşdə deyib.
Putin bildirib ki, ölkəsi Ukrayna ilə bağlı diplomatik yolda razılıq əldə etməyi gözləyir.
V.Putin, həmçinin Rusiya-Ukrayna nümayəndə heyətlərinin Türkiyədə keçirilən görüşünü müsbət qiymətləndirib.
Qeyd edək ki, Quterreş Rusiyaya Ukraynadakı, o cümlədən konkret olaraq Mariupol və Azovstaldakı vəziyyəti müzakirə etmək üçün səfər edib. Putin və Quterreş sonuncu dəfə ötən ilin mayında videobağlantı vasitəsilə danışıblar.