“Biz məsələnin danışıqlar yolu ilə həllinin tərəfdarıyıq. Lakin, görünür, Kiyev bunda maraqlı deyil”.
“RİA Novosti” xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Ukrayna bunda maraqlı deyil. Kiyevə silah-sursat tədarükü davam edərsə, danışıqların nəticə verməsi ehtimalı azdır”.
Nazir həmçinin söyləyib ki, Ukrayna tərəfinin onlara təqdim olunan təkliflərdən imtina etməsindən məyus olublar.