Bakıda Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası çərçivəsində bir sıra sənədlər imzalanıb.
Trend-in məlumatına görə, hər iki ölkənin baş nazir müavinləri Şahin Mustafayev və Aleksey Overçuk hökumətlərarası komissiyanın 20-ci iclasının protokolunu, həmçinin pensiya təminatı sahəsində əməkdaşlıq memorandumunu imzalayıb.
Eyni zamanda, Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyası arasında anlaşma memorandumu imzalanıb.