İsrailin müdafiə naziri ərəb ölkələrinin səfirləri üçün iftar süfrəsi təşkil edib

İsrailin müdafiə naziri ərəb ölkələrinin səfirləri üçün iftar süfrəsi təşkil edib backend

İsrailin müdafiə naziri Benni Qantz ərəb ölkələrinin səfirləri üçün iftar süfrəsi təşkil edib.

APA xəbər verir ki, İsrail müdafiə naziri bu barədə “Twitter“də bildirib.

“Bu gün Abraham Sazişini imzalayan ölkələrin səfirləri üçün iftar süfrəsi təşkil etdim. Mərakeş, Bəhreyn, Misir və BƏƏ-dən olan dostlarımın Ramazanını təbrik etdim. Biz regional sülh və sabitliyə töhfə verən vacib əlaqələrimizdən danışdıq”, - Benni Qantz qeyd edib.

O, həmçinin səfirləri son baş verənlər və təhlükəsizlik gərginliyi barədə məlumatlandırdığını deyib:

“Mən onlara bildirdim ki, İsrail ibadət azadlığını yüksək qiymətləndirir və bunu təmin edəcək. Lakin həm də ibadət azadlığına zərər vurmaq məqsədi daşıyan ekstremist qruplara qarşı mübarizə aparacaq”.

İftar süfrəsinə ABŞ səfiri də qatılıb.

Diaspora