Rusiya Prezidenti Vladimir Putin aprelin 26-da Moskvada BMT-nin baş katibi Antoniu Quterreşi qəbul edəcək.
TASS xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Quterreşin ofisi BMT baş katibinin aprelin 25-də Lavrov və Putinlə görüşmək üçün Moskvaya gedəcəyini təsdiqləyib.
Aprelin 19-da Quterreş Rusiya və Ukraynanın BMT-dəki daimi nümayəndəliklərinə məktublar göndərərək iki ölkənin prezidentləri Vladimir Putin və Volodimir Zelenskidən onu paytaxtlarında qəbul etmələrini xahiş edib.