Türkiyənin “Haber Global” telekanalı Prezident İlham Əliyevin Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışından bəhs edən süjet hazırlayıb.
Videomaterialda dövlət başçısının nitqi tarixi çıxış olaraq qiymətləndirilib.
“Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana təqdim edilən beş təməl prinsip əsasında danışıqlara hazır olduğunu bildirib. O, qeyd edib ki, əgər bu çərçivələr daxilində razılıaşma əldə olunmazsa Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımayacaq”, - deyə videomaterialda qeyd edilib.
Daha ətraflı “Haber Global”ın süjetində: