Rusiya bu ölkəyə də girəcək: General ağzından qaçırdı - VİDEO

Rusiya bu ölkəyə də girəcək: General ağzından qaçırdı -  VİDEO backend

Rusiya ordusu xüsusi əməliyyatın ikinci mərhələsində Donbas üzərində tam nəzarəti bərqərar etməlidir.

Axar.az xəbər verir ki, bunu Rusiya Mərkəzi Hərb Dairəsinin komandan müavini, general-mayor Rüstəm Minnekayev deyib.

“Xüsusi əməliyyatın ikinci mərhələsində Rusiya ordusunun vəzifələrindən biri Donbas və Ukraynanın cənubuna tam nəzarət etməkdir. Rusiya ordusunun Donbas üzərində nəzarəti Krıma quru dəhlizi yaradacaq, həmçinin Ukrayna hərbi qüvvələrinin həyati əhəmiyyətli obyektlərinə, digər ölkələrə kənd təsərrüfatı və metallurgiya məhsullarının çatdırıldığı Qara dəniz limanlarına təsir göstərəcək. Ukraynanın cənubuna nəzarət Dnestryanıya çıxış yoludur, burada da rusdilli əhalinin sıxışdırılması faktları mövcuddur. Göründüyü kimi, biz indi bütün dünya ilə müharibə vəziyyətindəyik, Böyük Vətən müharibəsi illərində olduğu kimi, bütün Avropa, bütün dünya bizə qarşı idi. İndi də belədir, heç vaxt Rusiyanı sevməyiblər”, - general bildirib.

Minnekayev qeyd edib ki, Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələri üzərində quruda, havada və suda açıq-aşkar üstünlüyü var.

Diaspora