Putin və Paşinyan razılığa gəliblər

Putin və Paşinyan razılığa gəliblər backend

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ikitərəfli görüşdə danışıqlar zamanı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə razılığa gəliblər.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Liderlər Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Onlar Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri çərçivəsində konstruktiv işin davam etdirilməsinin və üç liderin noyabrın 10-da imzaladığı razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər”, - bəyanatda deyilir.

Tərəflər Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının qarşısının alınması üzrə Üçtərəfli İşçi Qrupun fəaliyyətini aktivləşdirməyi qərara alıblar:

Tərəflər, həmçinin regionun bütün ölkələri arasında dialoqun və çoxşaxəli əməkdaşlığın təşviqi üçün əlavə imkanlar təmin etmək üçün nəzərdə tutulmuş 3+3 əməkdaşlıq formatının uğurla fəaliyyətə başladığını qeyd ediblər.

Diaspora