“Azərbaycanın dostu kimi ABŞ köməyə hazırdır” - Səfir

“Azərbaycanın dostu kimi ABŞ köməyə hazırdır” -  Səfir backend

“Azərbaycanın dostu kimi Birləşmiş Ştatlar bütünlükdə regionun çiçəklənməsi üçün sülhün əldə olunmasına, iqtisadi, nəqliyyat və şəxslərarası əlaqələrin qurulmasına kömək etməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger səfirlikdə keçirilən “Açıq qapı” günündə deyib.

“ABŞ regionda sülhün əldə olunmasına kömək etməyə hazırdır”, - səfir vurğulayıb.

Onun sözlərinə görə, ABŞ 30 ildir Azərbaycanla qanunun aliliyi, insan haqları, iqtisadiyyat, energetika və təhlükəsizliklə bağlı məsələlərdə əməkdaşlıq edir.

Diaspora