Azərbaycanla Ermənistan sülh müqaviləsinə doğru... - bunu hansı qüvvələr istəmir?

Azərbaycanla Ermənistan sülh müqaviləsinə doğru... - bunu hansı qüvvələr istəmir? backend

Ekspertlərin fikrincə, Rusiya Bakı-İrəvan arasında “ikitərəfli format”ın əldə edəcəyi uğurlardan Brüsselin qazanclı çıxmasını istəmir; Asim Mollazadə: “Rusiya Ermənistanı öz inhisarında saxlamaq istəyir”

Aprelin 17-də İrəvanda etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Qarabağın Ermənistana birləşdirilməsi haqda çağırışlar ediblər. Analitiklərin fikrincə, bu cür imitasiyalı aksiyaların  məqsədi sülh müqaviləsi prosesini əngəlləməkdir və Moskvadan gələn təlimatlar əsasında təşkil olunur.

Erməni müxalifətinin Rusiya bağlantısının olduğunu nəzərə alsaq, İrəvan-Bakı arasında sülh sazişi istiqamətində pozitiv bir proses getdiyi vaxtda Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə aksiyanın keçirilməsi məhz danışıqları pozmağa hesablanmış addımlardır. Bəs Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını hansı qüvvələr istəmir? Paşinyan əleyhinə Ermənistanın daxilində qızışdırıcı fəaliyyəti Rusiya koordinasiya edir?

Çünki Avropa İttifaqının vasitəçiliyi ilə aprelin 6-da Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirdikləri görüşdə əldə olunan razılaşmaları pozmaq üçün Rusiyanın hərəkətə keçdiyi iddiaları səslənməkdədir. Bu görüşdən iki gün sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya çağırılıb və Sergey Lavrov ona Moskvanın patronajlığı ilə imzalanmış üçtərəfli razılaşmaları xatırladıb. Daha sonra Rusiya XİN rəhbəri Qarabağ danışıqları üçün xüsusi nümayəndə təyin edib. Aprelin 19-da isə Ermənistanın baş nazirinin Moskvaya səfəri gözlənilir. Maraqlıdır, Putin Paşinyanla nə danışacaq? Bu səfərdən nə gözləmək olar? Rusiya Paşinyanı Brüssel razılaşmasını pozmağa vadar, məcbur edə bilərmi? Ermənistan baş naziri həqiqətən sülh müqaviləsi istəyirmi?

Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı

 Asim Mollazadə

Deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, Rusiya Brüssel görüşünə rəsmi şəkildə müsbət münasibət sərgiləyib. Onun sözlərinə görə, Moskva öz xüsusi nümayəndəsini müəyyənləşdirməklə Minsk Qrupunun da olmadığını etiraf edib. “O ki qaldı İrəvanda ”Qarabağ mafiyası"nın həyata keçirdiyi proseslərə, bu da gözləniləndir. Onlar hərbi cinayətkarları təmsil edirlər, Rusiyada, Fransada və Amerikadakı millətçi qruplara, diaspora sıx bağlıdırlar. Həmin qüvvələr isə münaqişənin davamını istəyirlər. Ancaq Ermənistanda yaşayan əhali hərbi canilərə “yox” deyib və seçkidə də mövqeyini bildirib", -deyə A.Mollazadə vurğuladı.

Deputat hesab edir ki, hərbi cinayətkarların daxildə dəstəyi azdır, amma xaricdən ciddi dəstək alırlar: “Rusiya isə üçtərəfli bəyanatı dəstəklədiyini bildirir. Rusiyanın indiki halda müharibə istədiyini söyləmək çətindir, hər hansı müttəfiqinə dəstək verə bilməyəcək. Sadəcə, Rusiya Ermənistanı öz inhisarında saxlamaq istəyir, bunun üçün geniş imkanları var - sənayesini özəlləşdirib, hərbi bazası var və s.  Ermənistan isə hər zaman oyunlar oynayıb, prosesi uzatmağa çalışıb ki, guya qarşıda onları hansısa uğurlar gözləyir. Amma vaxt daralır, Ermənistanın bir dövlət kimi mövcudluğu üçün sülh müqaviləsindən başqa yolu qalmayıb”.

Ölkə başçısının Tərtərdə qeyd etdiyi bir sıra məqamlar olduqca vacibdir

Siyasi şərhçi Turan Rzayevin sözlərinə görə, Brüssel görüşündə Avropanın vasitəçiliyi ilə real nəticələrin əldə edilməsi Kreml üçün arzuolunmaz nəticədir. Onun fikrincə, buna görə də Rusiya xüsusi nümayəndə təyin etməklə Minsk Qrupundan ilk özünün çıxdığını elan etmiş oldu: “İkincisi, Rusiya Bakı ilə İrəvan arasında yaradılan ”ikitərəfli format"ı yaxından izləyir. Kreml onun da fərqindədir ki, “ikitərəfli format” Brüsselin vasitəçiliyi ilə müsbət nəticələr əldə edir. İndiki məqamda Rusiya Bakı ilə İrəvan arasında yaradılan “ikitərəfli format”ın əldə edəcəyi uğurlardan Brüsselin qazanclı çıxmasını istəmir. Digər tərəfdən, iki ölkə arasında mövcud münaqişələrin bütünlüklə həll edilməsi də Kremlin maraqlarına uyğun deyil. Rəsmi Moskva xüsusi nümayəndəsi ilə prosesə qoşulmaq, iki ölkə arasında mövcud gərginliyin Kreml moderatorluğunda yarımçıq həllini istəyir".

Ekspert hesab edir ki, Ermənistan mövcud reallıqları qəbul edir: “Bununla belə, Rusiyanı prosesdən kənarda saxlamaq mümkün deyil. Lakin neytrallaşdırmaq, hətta lehimizə veriləcək qərarlarda istifadə etmək mümkündür. Misal üçün, Lavrov Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında Rusiyanın yekun sülh müqaviləsinin imzalanması üçün lazım olan şəraitin yaradılmasına kömək etməyə hazır olduğunu qeyd edib. Buradan belə bir nəticəyə gəlmək olar ki, Kreml Brüssel görüşünün nəticələrini qəbul edir. İndiki məqamda Kreml istəsə belə prosesi dalana dirədəcək neqativ addımlardan çəkinməlidir”.

Politoloq Fərhad Məmmədovun sözlərinə görə, 2021-ci ilin birinci yarısında Rusiya öz hərəkətsizliyi ilə nümayiş etdirdi ki, o, müharibədən əvvəlki dövrün strategiyasını - “həm bizim, həm də sizin” siyasətini davam etdirir: “Nəticədə bu gün gündəmdə olan mövzuların heç biri ilə bağlı qərar yoxdur. Avropa İttifaqı isə gündəlikdəki mövzular üzrə dialoqa qoşulub. Qərb bu mərhələdə Avropa İttifaqı timsalında maliyyə və məsləhət dəstəyi ilə regionumuzda özünü göstərdi. Qərbin meydana çıxması həm də Ermənistanın xahişləri ilə bağlı olub”.

Fərhad Məmmədova ağır itki üz verib » Sfera.az Azərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Fərhad Məmmədov

F.Məmmədov deyir ki, Rusiya yumşaq güc mexanizmlərini - münaqişədən sonrakı sülh gündəmini itirib, sülhməramlıların timsalında yalnız hərbi çəkmələri qalıb: “Amma Ukrayna müharibəsi göstərdi ki, təkbaşına bu çəkmələrin görəcəyi bir iş yoxdur. Aprelin 19-da Paşinyanın Moskvaya səfəri zamanı Rusiyanın hərbi-siyasi rəhbərliyinin hansı xətti həyata keçirəcəyini anlamaq üçün ilk əlamətləri görə biləcəyik.

Yeri gəlmişkən, Lavrov Brüsseldə Moskvanın adının çəkilmədiyini dedikdə qeyri-dəqiqliyə yol verib. Şarl Mişelin bəyanatında üçtərəfli bəyanatlara iki istinad var. Moskva bölgədə nəqliyyat-kommunikasiyaların açılması ilə başlanğıc edə bilər. Bu addımın hətta aprelin sonuna qədər atılması mümkündür. Daha sonra sərhədlərin dəqiqləşdirilməsi və sülh müqaviləsinin müzakirəsi başlaya bilər. Paralel olaraq, Azərbaycanın sülhməramlıların müvəqqəti qaldığı bölgəsində gərginliyi azaltmaq, ərazinin demilitarizasiyasını təmin etmək mümkündür. Bu addımlar Rusiyaya bir çox məsələləri həll etməyə və konstruktivlik nümayiş etdirməyə imkan verəcək".


“Yeni Müsavat”

loading...
Diaspora