Qənirə Paşayeva Maqsud Şeyxzadə ilə bağlı filmin çəkilişində iştirak edib

Qənirə Paşayeva Maqsud Şeyxzadə ilə bağlı filmin çəkilişində iştirak edib backend

MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Daşkənddə Azərbaycan-Özbəkistan əlaqələrində böyük xidmətləri olan ziyalılarla görüşüb və tanınmış azərbaycanlı, iki qardaş xalqın qüruru adlandırılan böyük şəxsiyyət Maqsud Şeyxzadə ilə bağlı filmin çəkilişində iştirak edib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q. Paşayeva Özbəkistanda Xalq şairi, tanınmış alim, böyük ziyalı Camal Kamalı ziyarət edib. Milli Məclisin Mədəniyyət Komitəsinin və "Nəfəs" İB-nin dəstəyi ilə böyük şair və ziyalımız Camal Kamalla bağlı hazlrlanan film və proqramın çəkilişlərində də iştirak edən Q. Paşayeva böyük şairin həyatı, yaradıcılığı, iki qardaş ölkə arasında münasibətlərin inkişafındakı xidmətləri barədə danışıb və azərbaycanlı və özbək aydınları, hamımız onun həyat yolundan örnək götürməliyik deyib. Camal Kamalın dahi Azərbaycan şairi, ustad Nizami Gəncəsinin "Xəmsə"sinə daxil olan bütün əsərləri orijinaldan özbək dilinə tərcümə edərək ədəbiyyatımız qarşısında böyük xidmətlər göstərdiyini xüsusi vurğulayan Q.Paşayeva onun ziyalı kimi gənc nəsillərə gözəl örnək olduğunu deyib. Camal Kamalın 80 illik yubileyinin Bakıda rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəstəyi ilə yüksək səviyyədə qeyd olunduğu və bu tədbirlərdə çıxışı zamanı ustada "sizin gələn yubileyinizi işğaldan azad edəcəyimiz torpaqlarda da qeyd edəcəyik inşallah" dediyini xatırladan Q.Paşayeva ustad şairi Ali Baş Komandanımızın rəhbərliyi ilə  işğaldan azad edilmiş torpaqlarımıza, Mədəniyyət paytaxtımız Şuşa şəhərinə dəvət edib. Böyük şairin 30 il işğal altında olan torpaqlarımızla bağlı ağrını bizimlə birgə yaşadığını deyən Q.Paşayeva Azərbaycanımıza gözəl bir şeir yazan böyük şairdən Qarabağ, Şuşa, Zəfərimizlə də bağlı belə bir gözəl şeir gözləyirik deyib. Torpaqlarımızın işğaldan azad olunmasına azərbaycanlılar qədər sevindim, sevincdən dəfələrlə gözyaşımı saxlaya bilmədim deyən Camal Kamal Azərbaycana təkrar gəlməkdən böyük məmuniyyət duyacağını və Zəfərlə bağlı şeir yazacağını da deyib. 
Komitə sədri səfər zamanı tanınmış şairə, yazar, "Kitab dünyası" qəzetinin rəhbəri, Azərbaycanla bağlı, Qarabağ həqiqətləri ilə bağlı 4 kitabın müəllifi Xasiyyət Rüstəmi ziyarət edib. Q. Paşayeva Xasiyyət Rüstəmin  iki qardaş ölkə arasında münasibətlərin inkişafındakı xidmətlərini xüsusi vurğulayaraq onun ziyalı kimi gənc nəsillərə gözəl örnək olduğunu deyib. Xüsiyyət Rüstəmin kitablarını Bakıda rəhbərlik etdiyi Mədəniyyət Komitəsinin və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin də dəstəyi ilə yüksək səviyyədə qeyd olunduğu və bu tədbirlərdə çıxışı zamanı onun 30 il işğal altında olan torpaqlarımızla bağlı ağrını bizimlə birgə yaşadığını hər zaman vurğuladığını xatırladan Q.Paşayeva  Ali Baş Komandanımızın rəhbərliyi ilə  işğaldan azad edilmiş torpaqlarımıza, Mədəniyyət paytaxtımız Şuşa şəhərinə səfər edən Xasiyyət Rüstəmin dönüşdə anlatdığı duyğuları və sevinc gözyaşlarını heç bir zaman unutmayacağını vurğulayıb. Torpaqlarımızın işğaldan azad olunmasına azərbaycanlılar qədər sevindim, sevincdən dəfələrlə gözyaşımı saxlaya bilmədim deyən  Xasiyyət Rüstəm yaxın günlərdə təkrar Azərbaycana  gəlməkdən böyük məmuniyyət duyacağını və Azərbaycanla bağlı kitablarının, iki qardaş ölkə arasında mədəni-ədəbi əlaqələrin inkişafı sahəsində  layihələrinin daha da artacağını deyib. Gözəl fikir mübadiləsinin sonunda Q. Paşayeva Xasiyyət Rüstəmə Azərbaycan mədəniyyəti ilə bağlı kitablar və Qarabağ motivli hədiyyələr təqdim edib. 
Görüşlərdən sonra Q. Paşayeva Özbəkistanda yaşamış tanınmış azərbaycanlı alim, ziyalı, pedaqoq, iki qardaş xalqın qüruru adlandırılan böyük şəxsiyyət Maqsud Şeyxzadənin abidəsini ziyarət edib. ruhuna dualar oxuyub.  Milli Məclisin Mədəniyyət Komitəsinin və "Nəfəs" İB-nin dəstəyi ilə böyük şəxsiyyətimiz Maqsud Şeyxzadə ilə bağlı hazırlanan film və proqramın çəkilişlərində də iştirak edən Q. Paşayeva böyük şairin həyatı, yaradıcılığı, iki qardaş ölkə arasında münasibətlərin inkişafındakı xidmətləri barədə danışıb, azərbaycanlı və özbək aydınları, gəncləri onun həyat yolundan örnək götürməliyik deyib.
Sözügedən ziyarət və görüşlərdə Xalq Artisti Gülyanaq Məmmədova, tanınmış rejissor Elnurə Kazımova və tanınmış modelyer Afaq İsmayılzadə də iştirak ediblər.
Millət vəkili Qənirə Paşayeva eyni zamanda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Nəfəs İB-nin dəstəyi ilə Daşkənddə və Surxandərya vilayətində keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Daşkənddə qardaş ölkənin KİV-lərinə geniş müsahibə verib və onları maraqlandıran sualları geniş cavablandırıb. Q. Paşayeva müsahibəsində özbək aydınlarına və gənclərinə bir sıra vacib çağırışlar da səsləndirib.

Diaspora