Ceyhun Bayramov ilə Toivo Klaar arasında telefon danışığı olub

Ceyhun Bayramov ilə Toivo Klaar arasında telefon danışığı olub backend

12 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər Avropa İttifaqı Şurasının Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan görüşün davamı olaraq, bölgədə baş verən son hadisələr, iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımların atılması, o cümlədən gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Diaspora