Consonun heyrətamiz cəsarəti: Kiyevə nə gətirdi?

Consonun heyrətamiz cəsarəti:  Kiyevə nə gətirdi? backend

Boris Consonun əvvəlcədən elan olunmadan, hücum edən tərəfə (Rusiyaya) xəbərdarlıq etmədən, qəfildən Kiyevə gəlməsi və bu azmış kimi, hədəf altında olan şəhəri küçələrini gəzməyə çıxması politoloqların heyrətinə səbəb olub.

Bu barədə fikirlərini bölüşən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Consonun bu addımına heyran qaldığını bildirib.

“Adam gəlib raket atılan şəhərə, snayperlərin hədəfinə məruz qala bildiyi halda qorxmadan Kiyev küçələrini gəzib.

Tarixdən bəllidir ki, ingilislərin arxa çıxdığı dövlətlər müharibədə uduzmayıb.

Boris Conson Ukraynaya gəmi əleyhinə raketlər gətirib. Deməli, Rusiyanın Qara dəniz donanması müəyyən itkilər verəcək.

Putinin ambisiyaları həm dövlətinə, həm də vətəndaşlarına çox böyük zərər vurdu. Nə imkan verdi ki ölkəsində normal dövlət institutları qurulsun, digər tərəfdən zatən pis iqtisadiyyatlarını da vurub dağıtdı”.

Axar.az

loading...
Diaspora