“Brüsseldə İrəvanı diz çökdürdük” yazmayın! - Ekspertdən mediaya çağırış

“Brüsseldə İrəvanı diz çökdürdük” yazmayın! -  Ekspertdən mediaya çağırış backend

Brüssel görüşü çox vacib idi, belə təmasların olması sülh quruculuğu üçün önəmlidir, Azərbaycan tərəfinin beynəlxalq hüquqa uyğun olaraq təqdim etdiyi 5 prinsip üzrə hər iki ölkənin XİN-i daimi çalışan komissiya təsis edəcək, danışıqlar intensivləşəcək. Yekum mətndə Soçi anlaşmasına istinad var, bu da Moskvanın könlünü almaq üçün yazılıb, aydın məsələdir ki, Kremli bu danışıqlardan tam kənarda qoymaq mümkün deyil. Yəni, yaxşı başlanğıcdır, əsl real-politik yanaşmadır, amma indi əsas irəliləyiş atılacaq praktik addımlardan asılı olacaq, necə deyərlər, meydanda müəyyən olunacaq. Hər iki ölkə provokasiyalardan, əsas da Şimaldan gələn provokasiyalardan çəkinməli, koordinasiyalı addımların atılmasına çalışmalıdır. Dayanıqlı sülh üçün unikal şans yaranıb, bu şansı əldən vermək olmaz.

Qaziler.az Yenipress.az-a istinadla xəbər verir ki, bu sözləri ekspert natiq Cəfərli qeyd edib.

O, mediaya da çağırış edib:

“Bizim media qurumlarına müraciət: Danışıqlar da, görüş də Azərbaycanın üstünlüyü ilə keçir, bunun da əsas səbəbi 44 günlük zəfər, ölkənin qurduğu de-fakto, de-yure ittifaqlar, Azərbaycanın indiki durumda geosiyasi və enerji önəminin daha da artmasıdır. Amma bizim media, “Ermənistanı diz çökdürdük”, “Ermənistan bütün şərtlərimizi qəbul etdi”, “Diplomatiyamızın zəfəri – ermənilər hər sözümüzlə razılaşdı” kimi qıcıq doğuran başlıqlar atmasınlar, anlayaq ki, bizdən fərqli olaraq, Ermənistanda Azərbaycan mediasını diqqətlə izləyən qruplar var, bizim mediada çıxan “aşağılayıcı” xəbərlərdən Ermənistanda ruspərəst müxalifət Paşinyan və komandasına qarşı istifadə edir. Görünən odur ki, Ermənistanın baş naziri doğrudan da sülh, rifah istəyir, ona mane olmayaq...

Diaspora