“Moskva Kiyevlə siçan-pişik oynamayacaq”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə sülh danışıqlarının perspektivlərini və Kiyevin taktikasını şərh edərkən deyib.
“Bizi Ukrayna tərəfinin müqavilə bağlanarsa, bir neçə gün ərzində bütün hərbi əməliyyatların dayandırılmasını, Rusiya Silahlı Qüvvələrinin Ukraynanı tərk etməsini və bundan sonra referendum və parlamentdə ratifikasiya keçirməli olduğunu tələb etmək qərarına gəlməsi narahat edir. Çox böyük ehtimal var ki, bu ratifikasiya və referendum mənfi nəticə verdikdə, danışıqlar prosesinə yenidən başlamaq lazım gələcək. Biz belə siçan-pişik oynamaq istəmirik”, - deyə Lavrov jurnalistlərə bildirib.