Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bir daha təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionla birgə keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, italiyalı həmkar ilə regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələləri müzakirə edib.