"Bizim dəstəyimizlə ANAMA mina təhlükəsizliyi ilə bağlı tədris proqramları ilə təmin olundu" - Ercan Murat 

"Bizim dəstəyimizlə ANAMA mina təhlükəsizliyi ilə bağlı tədris proqramları ilə təmin olundu" -  Ercan Murat  backend

"25 il bundan öncə Azərbaycanda olarkən hökumətin üzləşdiyi poblemlərdən biri mina təhlükəsizliyi ilə bağlı idi".

Bunu BMTİP-nın Azərbaycandakı keçmiş rezident əlaqələndiricisi Ercan Murat Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

"Hərbi əməliyyatların getdiyi bölgələr minalarla əhatə olunmuşdu. Azərbaycan hökuməti üçün prioritet məsələlər bu ərazilərdə təhlükəsiz həyata nail olmaq, məktəblər, xəstəxanalar tikmək və fermalar salmaq idi. 1998-ci ildə Azərbaycan hökuməti Minatəmizləmə Agentliyinin əsasının qoyulması üçün BMTİP-dən kömək istədi.Qarşıya qoyulan  8 əsas məqsəd əraziləri minalardan təmizləməklə humanitar təhlükəsizliyi təmin etmək idi. ANAMA-nın məqsədi minalarla çirkləndirilmiş ərazilərin təmizlənməsinə nail olmaq idi.

Qısa müddət ərzində bizim dəstəyimiz ilə ANAMA mina təhlükəsizliyi ilə bağlı tədris proqramları ilə təmin olundu. Biz həmçinin Səhiyyə Nazirliyinə minadan zərərçəkmişlərə tibb yardım üçün də dəstəyimizi göstərdik",-deyə o bildirib.

ednews.net

Diaspora