“Ötən 25 il ərzində minaları üzümlüklərə çevirmək xəyalım var idi. Bu məqsədlə mən Vyetnam, Zimbabve və Əfqanıstan kimi ölkələrə səfər etdim. Ancaq ən dəhşətli minaları Azərbaycanda gördüm, bu minaları kimin yerləşdirdiyi barədə danışmaq istəmirəm. Biz bu minaları təkcə Azərbaycandan deyil, bütün dünyadan təmizləməliyik”.
Ednews xəbər verir ki, bu sözləri “Sülhün Kökləri” təşkilatının qurucusu və rəhbəri Heidi Kühn Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.
O, həmçinin qeyd edib ki, BMT-nin digər davamlı inkişaf məqsədləri minalardan təmizləmə olmalıdır.
Sonda isə təşkilatın rəhbəri bu sözlərlə fikrini tamamlayıb.
“Gəlin, bu anı sülh gətirməyə sərf edək”.