Hikmət Hacıyev Azərbaycanın minasızlaşdırma layihələrinə dəstəklə bağlı çağırış edib

Hikmət Hacıyev Azərbaycanın minasızlaşdırma layihələrinə dəstəklə bağlı çağırış edib backend

“Ermənistan bizim torpaqlarımıza milyonlarla mina yerləşdirib”.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter“də bildirib.

“Azərbaycanda 3000-dən çox mina qurbanı qeydə alınıb. Qlobal Etimad Fondu bizim minasızlaşdırma layihələrimizə dəstək olmalıdır”, - Prezidentin köməkçisi vurğulayıb.

Hikmət Hacıyev Bakıda 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə bağlı beynəlxalq konfransın keçirildiyini də diqqətə çatdırıb.

Diaspora