ABŞ Prezidenti Co Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
APA xəbər verir ki, bu barədə Prezident Zelenski “Twitter”də bildirib.
“ABŞ Prezidenti Co Baydenlə bir saatlıq söhbəti indicə bitirdim. Döyüş meydanında və danışıqlar masasında vəziyyətin ortaq qiymətləndirilməsini etdik. Xüsusi müdafiə dəstəyi, gücləndirilmiş sanksiyaların yeni paketi, makromaliyyə və humanitar yardımlar haqqında müzakirə apardıq”,- deyə Zelenski qeyd edib.