Ərzaq məhsullarının alınmasına dair FƏRMAN

Ərzaq məhsullarının alınmasına dair  FƏRMAN backend

“Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nda və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti fərman imzalayıb.

Fərmana əsasən, “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”na edilən dəyişikliyə görə, ərzaq məhsullarının satıcıları satmaq niyyətində olduqları məhsulların növü, qiyməti və miqdarı barədə məlumatı hər il sentyabrın 1-dək portalda yerləşdirməlidirlər.

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə edilən dəyişikliklərə əsasən isə “ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı” altsistemi yaradılacaq.

“Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı” altsistemi vasitəsilə satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaiti hesabına satın alınmasına dair tələb və təkliflərin yerləşdirilməsi, istehsalçıların və ya satıcıların satınalan təşkilat tərəfindən seçilməsi, habelə satınalan təşkilatlarla istehsalçılar və ya satıcılar arasında ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının və bununla əlaqədar digər tədbirlər həyata keçiriləcək.

Bu fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabineti tapşırılıb.

Diaspora