Azərbaycandakı rus icması Qarabağ regionundakı vəziyyətlə bağlı müraciət yayıb.
Apa-nın interfaks.az-a istinadla xəbərinə görə, müraciətdə qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində törətdiyi təxribat pislənib.
Bəyanatda qeyd olunur ki, Azərbaycanın etnik rus əhalisi Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafına, müdafiə qabiliyyətinin artırılmasına və beynəlxalq sülhə yönəlmiş siyasətini dəstəkləyir. 44 günlük Vətən müharibəasində bütün millətlərdən olan Azərbaycan əhalisi, o cümlədən ruslar vahid “dəmir yumruq”la düşməni darmadağın etdi.
Rus icması bildirir ki, 10 noyabrda üçtərəfli sazişin imzalanmasından dərhal sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başladı, ermənistanı da bütün kommunikasiyaların açılmasını təklif edib. Bununla belə, rus icması bəzi həll olunmayan məsələrin regiona təhlükə yaradacağından narahatdır: “Üçtərəfli sazişin 4-cü bəndinə görə, Rusiya sülhməramlılarının yerləşdirilməsi Azərbaycan ərazqanunsuz erməni silahlı dirləşmələrinin çıxarılması ilə paralel aparılmalıdır. Təəssüf ki, bu bənf hələ icra olunmayıb. Bu ssəbədən qanunsuz erməni silahlı birləşmələri cinayətkar əməllərini davam etdirirlər”.
Azərbaycandakı rus icması üçtərəfli sazişin bütün bəndlərinin icra edilməsinə və Rusiyanı qanunsuz erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmağa çağırır.