Ukraynanın Qoşulmama Hərəkatına üzvlüyü problemləri həll edə bilər - Politoloq

Ukraynanın Qoşulmama Hərəkatına üzvlüyü problemləri həll edə bilər -  Politoloq backend

Ukrayna hazırda neytral status haqqında düşünür və bununla bağlı açıqlamalar vardı. Bu da ondan xəbər verir ki, Ukrayna artıq NATO-ya üzv olmaqdan çəkinir.

Bunu Trend-in sualını cavablayarkən “Cənubi Qafqaz” politologiya klubunun rəhbəri İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Ukraynanın Qoşulmama Hərəkatına üzvlük perspektivi gerçəkləşə bilər. Bununla da problemlər həll edilə bilər.

"Lakin hazırda görünür ki, Ukrayna buna hazır deyil. Rusiya-Ukrayna münaqişəsində Azərbaycan vasitəçi rol oynamağa cəhd göstərir. Əlbəttə, əgər müraciətlər olsa, Ukrayna tərəfindən məsləhətlərə ehtiyac duyulsa, bizim təcrübəmiz Ukrayna üçün hər halda maraqlı ola bilər. Azərbaycan Qoşulmama Hərkatının üzvü və daha sonra sədri vəzifəsində kifayət qədər böyük iş görüb. Bu təşkilatın böyük potensialı var. Lakin yenə də hər şey Ukraynın siyasətindın aslıdır. Qoşulmama Hərəkatı böyük və nüfuzlu bir təşkilatdır. Hərəkata üzvlük edən 120 ölkə arasında dünyanın siyasi, iqtisadi sahnəsində olan kifayət qədər nüfuzlu oyunçular var. Bu səbəbdən Qoşulmama Hərəkatına üzvlük Ukrayna üçün maraqlı ola bilər", - deyə o əlavə edib.

Diaspora