İstanbulda Ukrayna-Rusiya danışıqları başa çatıb

İstanbulda Ukrayna-Rusiya danışıqları başa çatıb backend

Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətlərinin Türkiyənin İstanbul şəhərindəki görüşü başa çatıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, danışıqlar 3 saat çəkib.

Qeyd edək ki, danışıqların sabah davam etdiriləcəyi gözlənilir.

Xatırladaq ki, iki ölkə arasında danışıqların ilk üç raundu fevralın 28-də, martın 3-də və 7-də Belarus ərazisində əyani şəkildə keçirilib. İlk görüş Qomel vilayətində, sonrakı iki görüş isə Polşa ilə sərhəddə yerləşən Beloveja meşəsi ərazisində baş tutub. Sonrakı günlərdə tərəflər görüşləri videokonfrans formatında davam etdiriblər.