Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycana qarşı kəskin ifadələr işlədən Dövlət Dumasının deputatı Mixail Delyagini emosiyalarını cilovlamağa və Azərbaycana qarşı bu cür bəyanatlar verməməyə çağırıb.
Trend-in məlumatına görə, o bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Bu açıqlama şəxsi emosiyalar müstəvisində yer alan sözlərdir. Biz tərəfdaş ölkələrimizə qarşı bu cür bəyanatlardan qaçınmağa və emosiyaları cilovlamağa çağırırıq. Azərbaycan tərəfdaş ölkələrimiz sırasına daxildir", - D.Peskov deyib.
Qeyd edək ki, M.Delyagin Qarabağda vəziyyətin kəskinləşməsi fonunda Azərbaycanın neft infrastukturuna zərbə endirmək imkanı barədə fikirlər səsləndirmişdi.