Rusiya və Ukrayna nümayəndələri sabah Türkiyədə görüşür

Rusiya və Ukrayna nümayəndələri sabah Türkiyədə görüşür backend

Rusiya ilə Ukrayna arasında keçiriləcək ikigünlük danışıqlar martın 29-da Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüş mətbuata qapalı olacaq.

İkigünlük danışıqlar Türkiyənin İstanbul şəhərində, Dolmabağça sarayında baş tutacaq.

Daha əvvəl Türkiyə Prezident Administrasiyası Moskva və Kiyevin nümayəndə heyətlərinin İstanbulda görüş barədə razılığa gəldiklərini məlumat vermişdi.

Diaspora