Bayden ağzından qaçırtdı: ABŞ Ukraynaya ordu yeridir

Bayden ağzından qaçırtdı:  ABŞ Ukraynaya ordu yeridir backend

Polşanın Jeşuv şəhərində amerikalı hərbçilərlə görüşən ABŞ Prezident Co Baydenin çıxışı zamanı söylədiyi fikirlər Rusiya mediasında əks-səda yaradıb.

Ağ Ev rəhbəri amerikalı hərbçilərin Ukraynada vəziyyəti dəyərləndirə biləcəyini söyləyib.

“Siz ora (Ukrayna – red.) gedəndə, hər şeyi öz gözlərinizlə görəcəksiniz”, - deyə Ağ Ev rəhbəri bildirib.

Prezidentin bu çıxışı ABŞ-ın Ukraynaya ordu qüvvələri göndərəcəyi yönündə geniş müzakirələrə səbəb olub.

Xatırladaq ki, bundan öncə ABŞ rəsmiləri amerikalı hərbçilərin Ukraynada Rusiyaya qarşı döyüşməyəcəyini dəfələrlə bildiriblər.

Axar.az

Diaspora