"Bu məsələdə heç bir güzəştə getməyəcəyik" - Kuleba

"Bu məsələdə heç bir güzəştə getməyəcəyik" -  Kuleba backend

"Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyəti Prezident Zelenski tərəfindən verilən çox aydın və prinsipial göstərişlər əsasında danışıqlar aparır".

Qaziler.az APA-ya istinadla xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Ukrainian witness"ə müsahibəsində deyib.

Nazir bildirib ki, nümüyəndə heyəti iki əsas müddəaya fokuslanıb.

"Bunlardan birincisi Ukraynanın ərazi bütövlüyüdür və biz bu məsələdə heç bir güzəştə getməyəcəyik, bura Krım və Donbas da aiddir. İkinci məsələ isə Ukrayna üçün təhlükəsizlik zəmanətidir. Bizim komandamız bu iki məsələyə fokuslanıb. Əlbəttə, Rusiyanın da öz tələbləri var və biz onlara tələblərinin niyə reallaşma bilməməsini izah edirik. Danışıqlarla bağlı narahatlığa əsas yoxdur. Bu nəticəsi gec əldə olunan bir prosesdir", - o vurğulayıb.

Müharibə son qoyulana və Rusiyanın öz hərbi qüvvələrini Ukrayna torpaqlarından çıxarana qədər sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulayan XİN rəhbəri deyib: "Yalnız bəziləri deyil, bütün Rusiya bankları SWIFT-dən xaric edilməli, Avropa İttifaqı Rusiya neft və qazına qadağa tətbiq etməlidir. Həmçinin bir sıra maliyyə sanksiyaları var. Rusiyanın maliyyə institutlarına girişi məhdudlaşdırılmalıdır. Oliqarxlarla yanaşı Prezident Putinin ətrafındakı bütün siyasi fiqurlara sanksiyalara tətbiq olunmalıdır. Həmçinin bütün Qərb şirkətləri Rusiyadan öz kapitalını çıxarmalıdır".

Diaspora