BMT Baş Assambleyası Rusiyanın Ukraynadakı humanitar böhrana görə məsuliyyət daşıdığını qeyd edən, təcili atəşkəs və ehtiyacı olanlara humanitar yardımın göstərilməsini tələb edən qətnaməni dəstəkləyib.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, 140 ölkənin nümayəndəsi qətnamənin lehinə, 5 ölkənin nümayəndəsi əleyhinə səs verib, 38 ölkənin nümayəndəsi isə səsvermə hüququndan istifadə etməyib.
Bildirilir ki, qətnamənin əleyhinə Rusiya, Belarus, KXDR, Eritreya və Suriya səs veriblər.
Səsvermə hüququndan istifadə etməyən ölkələr arasında Çin, Kuba, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Pakistan, Qırğızıstan, Tacikistan və digər ölkələr var.