"Ukrayna NATO-ya üzv olmaq planından imtina etməyə hazırdır”.
Qaziler.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O, həmkarı Putin ilə görüşməyə hazır olduğunu bir daha vurğulayıb:
"Bunun üçün Kiyevin 3 şərti var. NATO-dan imtina etmək qarşılığında Rusiya ordusunun geri çəkilməsini, atəşkəsin təmin edilməsini və ölkəsi üçün təhlükəsizlik zəmanəti tələb edirik. Putinlə görüşmədikcə Rusiyanın müharibəyə son vermək istəyib-istəmədiyini başa düşmək çətindir”.