NATO hesab edir ki, Rusiya Federasiyasının Ukrayna ilə müharibədə ümumi itkiləri 30-40 minə çata bilər.
Qaziler.az AzVision.az-a istinadla xəbər verir ki, bunu NATO nümayəndəsi brifinqdə deyib.
“Rusiya ordusunun Ukraynadakı itkiləri 7 mindən 15 min nəfərədək ola bilər. Yaralıları, itkin düşənləri və əsirləri hesablasaq, ümumi itki sayı 40 minə çata bilər”.
Qeyd edək ki, NATO liderlərinin sabah Brüsseldə keçiriləcək sammitində Ukraynaya kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrindən qorunmaq üçün avadanlıqların verilməsinə dair razılıq əldə olunacaq.
Prezident Volodimir Zelenski NATO-nun martın 24-də keçiriləcək sammitində video formatda iştirak edəcək. O, Rusiyanın ukraynalılara və mülki infrastruktura qarşı hərbi cinayətlərinin dayandırılmasının zəruriliyindən danışacaq.