Rusiya Prezidenti Vladimir Putin Türkiyənin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş barədə təklifinə cavab verib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi xəbər görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
Onun sözlərinə görə, V.Putin ilk növbədə xüsusi nümayəndələr arasında danışıqların bitməsinin lazım olduğunu bildirib.
İ.Kalın qeyd edib ki, hər iki tərəf Türkiyəni etibarlı ölkə kimi görür. "Həm Rusiya, həm də Ukrayna tərəfləri ilə işimizi davam etdiririk", - deyə İ.Kalın əlavə edib.