Zelenski Ukraynanın "qırmızı xəttini" açıqlayıb

Zelenski Ukraynanın "qırmızı xəttini" açıqlayıb backend

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsi üçün "qırmızı xəttin" suverenliyin itirilməsi olduğunu bildirib.

Trend-in "Ukrinform"a istinadən verdiyi məlumata görə, bunu V.Zelenski telekanallara müsahibəsində deyib.

Ukrayna üçün hansı "qırmızı xəttlərin” olması ilə bağlı sualı cavablandıran dövlət başçısı vurğulayıb: "Biz suverenliyi itirə bilmərik. Minlərlə insan ölüb...".

Eyni zamanda, o qeyd edib ki, müəyyən kompromislərdən nəticə çıxarmaq üçün vəziyyəti hər tərəfdən öyrənmək lazımdır.

Bu gün onu kimun ruhlandırdığı barədə suala V.Zelenski belə cavab verib: "Mən Ukrayna xalqının pərəstişkarıyam".

Diaspora