Türkiyə milli müdafiə naziri Hulusi Akar Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnarı qəbul edib.
Apa-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı Ukraynanın Mariupol şəhərində məscidə sığınan Türkiyə vətəndaşlarının təxliyəsi ilə bağlı atılacaq addımlar müzakirə olunub.