Putin Paşinyanla Qarabağdan danışdı

Putin Paşinyanla Qarabağdan danışdı backend

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.

TASS xəbər verir ki, bu barədə Ermənistan hökuməti məılumat yayıb.

Söhbət zamanı 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapmış məsələlərə toxunulub.

Tərəflər Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqların təşkili üçün Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciətini müzakirə ediblər.

Həmçinin Ermənistan-Türkiyə dialoqu kontekstində son proseslər, eləcə də Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Diaspora