"Hamı Rusiyanın qovulduğunu bilir" - Ukrayna səfirliyi

"Hamı Rusiyanın qovulduğunu bilir" -  Ukrayna səfirliyi backend

Martın 15-də Strasburq yekdilliklə Rusiyanın Avropa Şurasından çıxarılmasını irəli sürən qətnamə qəbul edib. Avropa Şurası Parlament Assambleyası isə yekdilliklə Ukraynaya genişmiqyaslı müdaxilə ilə əlaqədar Rusiyanın bu qurumdan çıxarılması barədə qərar qəbul edib.

Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyindən Qaziler.az-a bildirilib. Qeyd edilib ki, Rusiya Avropa Şurasını özlərinin tərk etdiklərini iddia etsələr də, hamı onların qovulduğunu bilir: “Onlar Avropada müharibəyə başladıqlarına görə qurumdan qovuldular”.

Həmçinin ABŞ Konqresinin Yuxarı Palatası - Senat martın 15-də keçirilən iclasda Rusiya prezidenti Vladimir Putini hərbi cinayətkar kimi pisləyən qətnamə qəbul edib. Bu məsələdə Respublikaçılarla Demokratlar arasında heç bir fikir ayrılığı olmayıb və hamının qərarı yekdil olub.

“Dünya nə qanlı diktatora, nə də işğalçı ölkəyə dözmək istəmir!” – deyə səfirlikdən bildirilib.

Diaspora