“Barış qazancdan daha vacibdir” - Zelenski

“Barış qazancdan daha vacibdir” -  Zelenski backend

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresinə Rusiya ilə daha sərt mübarizə aparmağa çağırıb.

Bu barədə Ukrayna Prezidenti ABŞ Konqresində onlayn formatda canlı çıxışı zamanı danışıb.

“Yeni sanksiyalara, yeni paketlərə ehtiyac var. Bütün bunlar Rusiyanın hərbi maşını dayananadək davam etməlidir. Biz Rusiyanın bütün siyasətçilərinə, Ukraynaya təcavüzdə əli olanlarla əlaqəsi olanlara və ya buna etiraz etməyə mənəvi gücü çatmayanlara qarşı sanksiya tətbiq etməyə çağırırıq. Əgər özünüzün və ya çevrənizdəki birinin Rusiyada biznesi varsa, təzyiq edib bunun qarşısını kəsməlisiniz. Rusiya təcavüzdə istifadə edəcəyi bir qəpiyi də əldə etməməlidir. Bu, bizim ölkəmizin, Avropanın dağıdılmasıdır. Barış qazancdan daha vacibdir”, - dövlət başçısı vurğulayıb.

Ukrayna Prezidentinin nitqindən sonra konqresmenlər ayağa qalxaraq onu alqışlayıblar.

Diaspora