Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Türkiyə XİN-dən məlumat verilib.
Məlumatda qeyd olunur ki, telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsi və humanitar məsələlər müzakirə edilib. Eyni zamanda Mövlud Çavuşoğlu rusiyalı həmkarına mülki vətəndaşların təhlükəsizliyinin Türkiyənin diqqət mərkəzində olduğunu çatdırıb.
Qeyd edək ki, daha əvvəl Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub. Danışıq zamanı Ukraynadaki hazırki vəziyyət müzakirə edilib.